750 icarəçiyə xəbərdarlıq
9 ayda dövlət əmlakının icarəsindən büdcəyə 4 milyon manata yaxın vəsait köçürülüb
2009-cu ilin yanvar-sentyabr aylarında investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 74,6 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə, 01 oktyabr 2009-cu il tarixinədək keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 475 milyon manat investisiya qoyulub, bu müəssisələrdə 13 minə yaxın iş yeri açılıb.
Əmlak məsələləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildiriblər ki, bu ilin yanvar-sentyabr aylarında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 3 müəssisə üzrə mülkiyyət hüququ alıcılara keçib. Ötən 9 ayı ərzində dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu qorunub saxlanması, ondan səmərəli istifadə olunması məqsədilə 270-ə yaxın monitorinq aparılıb. Özəlləşdirmədən sonra isə sosial təyinatlı obyektdə aparılan belə monitorinqlərin sayı 70-ə yaxın olub.
Komitədə deyirlər ki, hesabat dövründə 620-yə yaxın dövlət mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. İcarə haqlarını ödəməyən 750-yə yaxın icarəçiyə isə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib.
İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 2009-cu ildə 8000-ə yaxın ödəniş həyata keçirilib. Görülən işlərin nəticəsində 2009-cu ilin yanvar-sentyabr aylarında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4 milyon manata yaxın vəsait köçürülüb. Bu isə 9 aylıq proqnozun 110 faiz yerinə yetirilməsi deməkdir.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35