Rafael Benites "Real"da işlədiyi vaxtdan danışıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, klubu Kriştianu Ronaldo ilə münaqişəyə görə deyil, təşkilatdaxili problemlərə görə tərk etdiyini vurğulayıb.
"Real"dan getməyimin Ronaldo ilə bağlı olması doğru deyil. Aramızda heç bir anlaşılmazlıq olmayıb. O, görkəmli oyunçudur və əsl fenomendir. Klubda Ronaldo ilə heç bir əlaqəsi olmayan müəyyən daxili çətinliklər üzündən ayrılmaq qərarına gəldim", - Benites söyləyib.
Benites 2015-ci ilin iyunundan 2016-cı ilin yanvarına kimi "Real"ın baş məşqçisi olub və onun yerinə Zinəddin Zidan gəlib.