Dövlət Sosial Müdafiə Fonduna  yeni sədr  təyin olundu
16 aprel 2025 11:37 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

0

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Lent.az-a DSMF-dən məlumat verilib.

Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3988

Oxşar yazılar