Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən köşklərin birində quldurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, köşkdə satıcı kimi çalışan qəsəbə sakini polisə müraciət edərək 2 naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək 650 manat pul vəsaitini taladığını bildirib.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Q.Qılmanov və 17 yaşlı bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Həmçinin, rayon ərazisində bir nəfərə məxsus torpaq sahəsindən 4000 manat dəyərində dəmir konteyneri oğurlayan 41 yaşlı T.Əhmədov da saxlanılıb.
Araşdırmalar aparılır.