“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 11:12 (UTC +04:00)

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir

15 aprel tarixində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin  Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sərgi iştirakçıları və təşkilatçılarına salamını və mesajını çatdırıb. Aqrar sənaye sahəsində çalışan mütəxəssislərin və şirkətlərin istəyinin nəzərə alınaraq, sərgilərin artıq 3 gün deyil 4 gün təşkil edilməsi alqışlanmış və bu məqamın aqrar sektorda çalışanlar üçün böyük önəm daşıdığı bildirilmişdir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları olan “Caspian Event Organisers” şirkətinin rolu xüsusi vurğulanmışdır.

İşgüzar səhər yeməyi zamanı sərgiyə hazırlıq prosesində diqqət olunmalı məsələlər, eləcə də iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmaq yolları haqqında məlumat təqdim olunmuşdur. İşgüzar səhər yeməyi interaktiv formada sual-cavab sessiyası ilə keçirilmişdir.

Tədbirdə 44 şirkətdən 70-ə yaxın nümayəndə iştirak etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) sərgilərə dəstək göstərən qurumların nümayəndələri iştirak etmişdir. 

Qeyd etmək lazımdır ki, artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərəzində təşkil ediləcəkdir.

İşgüzar səhər yeməkləri iştirakçılara sərgidə satışlarını artırmaq və iştiraklarının effektivliyini yüksəltmək, netvörkinq, reklam imkanlarından maksimum istifadə etmək üçün faydalı məlumatlar və praktiki tövsiyələr təqdim edir. Bu tədbirlər sayəsində iştirakçılar müzakirə olunan üsul və strategiyaları tətbiq edərək məqsədlərinə daha sürətli və effektiv şəkildə çata, həmçinin sərgilərin təqdim etdiyi imkanlardan tam faydalana bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar