Yuxuda xiyar görmək, həyatınızda yenilənmə və inkişafın simvoludur. Bu yuxu, sizin üçün gələcəkdə daha böyük uğurların və nailiyyətlərin olacağını göstərir və bu dövrdə həyatınızda müsbət dəyişikliklərin baş verəcəyini bildirir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də xiyardır.
Bəs, yuxuda xiyar görmək hansı mənaya gəlir?
Lent.az yuxuda xiyar görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda xiyar görmək nədir?
Alimlərin fikrincə, yuxuda xiyarın mövsümündən kənarda görülməsi işlərin pozulacağına işarə edir. Yuxuda xiyar görən şəxsin xəstə olması və ya yaxınlarından birinin xəstə yatması şəfa tapmaq mənasına gəlir. Xəstə insanlar üçün yuxuda görülən xiyar şəfa, dərman mənasını daşıyır. Yuxusunda davamlı olaraq xiyar yediyini görmək, işlərin zaman-zaman axsaya biləcəyinə işarə edir. Əgər yuxuda xiyar mövsümündə görülürsə, bu, hər şeyin qaydasına düşəcəyinə və düzgün istiqamətdə irəliləyəcəyinə dəlalət edir.
Yuxuda xiyar yemək nədir?
Yuxuda xiyar yemək, xeyir və bərəkətin yaxınlaşmasına işarədir. Yuxu sahibi üçün bolluq və ruzi dolu bir dövrün başladığını göstərir. Əgər yuxuda xiyar yediyini görən şəxs tacirdirsə və ya ticarətlə məşğuldursa, bu, işlərinin böyüyəcəyinə işarə edir. Əgər peşəsi və ya işi olmayan biri xiyar yediyini görürsə, bu, qısa zamanda xeyirli bir işlə qarşılaşacağına dəlalət edir. Yuxuda xiyar yediyini görən şəxsin maddi baxımdan çətinliyə düşməyəcəyi və istədiyi işlərin uğurla nəticələnəcəyi bildirilir. Əgər xiyarı tələsmədən yediyini görürsə, bu, bəzi mənasız və vaxt aparan işlərlə məşğul olacağına işarə edir. Həmçinin bu yuxu, bir qədər itki və narahatlıq yaşanacaq bir dövrün başlandığını göstərir.
Yuxuda xiyar yığmaq nədir?
Yuxuda xiyar yığmaq, verilən zəhmətin gözəl nəticə verəcəyinə işarə edir. Alimlərə görə, bu yuxu rahatlıq və rifah dolu nəticələrə işarədir. Yuxuda öz əkdiyi xiyarı yığdığını görən şəxs, elm və bilik baxımından zənginləşmək arzusu daşıyır. Bu, həmçinin insanın boş vaxtlarını faydalı keçirdiyinə və öz zəhmətinin bəhrəsini görəcəyinə dəlalət edir. Əgər yuxuda xiyar yığdığını görürsənsə, bu, maddi cəhətdən işlərinin düzələcəyinə işarədir. Əgər başqasının xiyarı ilə məşğul olduğunu görürsənsə, bu, zəhmətin boşa çıxacağına işarə edir. Yuxuda başqaları ilə birlikdə xiyar toplamaq, əvvəl mümkünsüz kimi görünən bir arzunun gerçəkləşəcəyinə və gözəl günlərin yaxınlaşdığına işarədir.
Yuxuda xiyar almaq nədir?
Yuxuda xiyar almaq, daha əvvəl itirdiyin mal və ya əşyaların tapılacağına işarədir. Yuxu yozucularına görə, bu yuxunu görən şəxs əvvəllər ala bilmədiyi borcları toplayacaq və çıxılmaz hesab etdiyi vəziyyətlərdən rahatca çıxacaq. Əgər alınan xiyarlardan bəziləri çürük çıxarsa, bu, qismətin bağlı olduğuna və çətinliklərin yaşanacağına işarə edir. Bu yuxu, insanın istəmədiyi qədər çətinliklərlə qarşılaşacağına və bunlardan qurtulmasının zaman alacağına dəlalət edir. Əgər yuxuda xiyarı bir şəxsdən alırsansa, bu, sevginin gözlənilməz anda gələcəyinə işarədir. Manavdan xiyar almaq isə bəzən ağıllı və tədbirli insanlardan uzaq durmaq lazım olduğuna işarə edir. Nə olursa-olsun, bu yuxu insanın həyatında müəyyən axsamalar olacağını bildirir.
Yuxuda xiyar tarlası görmək nədir?
Yuxuda xiyar tarlası görmək, mənasız və faydasız işlərin artıq arxada qaldığını bildirir. Alimlər deyirlər ki, yuxuda xiyar görmək iki mənalıdır. Birinci mənası – bol məhsullu tarlada xiyar topladığını görmək insanın var-dövlətinin artacağına işarədir. İkinci mənası isə – məhsulu az olan tarlada xiyar görmək, bərəkətsiz və faydasız işlərlə məşğul olunduğuna işarədir.
Yuxuda acı xiyar görmək nədir?
Yuxuda acı xiyar görmək, dost və ya yaxın biri ilə aranın pozulacağına işarədir. Bu yuxu dostla mübahisə, münasibətlərin gərginləşməsi və anlaşılmazlıqlar kimi yozulur. Həmçinin iş həyatında çətinlik və maneələrlə qarşılaşmaq ehtimalını göstərir. Bununla belə, acı xiyar görmək insanın az və ya çox fərq etmədən xeyirli bir niyyətlə hərəkət edəcəyinə və bu səbəbdən mükafat alacağına işarə edir. Yuxuda acı xiyar yemək isə, bəzən şübhəli və təhlükəli insanlarla qarşılaşmaq deməkdir.