Neft Fondu gəlir və xərclərini açıqladı
Ötən 9 ayda fonddan 3 685,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib
Dövlət Neft Fondu ötən 9 ayın nəticələrini açıqlayıb. Hesablamalara görə 2009-cu ilin yanvar-sentyabr aylarında fondunun büdcə gəlirləri 5 465,2 milyon manat, xərcləri isə 3 954,1 milyon manat olub.
Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, hesabat dövründə neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 5 191,6 milyon manat təşkil edibё Bunun 5 107,2 milyon manatı mənfəət neftinin və qazın satışından, 6,8 milyon manatı tranzit gəlirlərindən, 75,6 milyon manatı Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən, 1,1 milyon manatı akrhesabı ödənişlərdən, 0,8 milyon manatı bonus ödənişlərindən, 0,1 milyon manatı isə xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən toplanıb.
Fondda bildirirlər ki, ötən 9 ayda qurumun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 273,6 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı fondun büdcədənkənar gəlirləri 218,4 milyon manat olub.
Hesabat dövrü ərzində Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 3 685,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 69,6 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 92,4 milyon manat və 94,1 milyon manat vəsait ayrılıb. 4,1 milyon manat “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,2 milyon manat vəsait yönəldilib. Ötən 9 ayda Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 5,7 milyon manat olub.
2009-cu il oktyabrın 1-ə fondun aktivləri ilin əvvəlinə nisbətən 19,24 faiz artaraq 10 716,2 milyon manata (13 337,5 milyon ABŞ dolları) çatıb.
Elxan SALAHOV

633