Azərbaycan Rusiya və İrana qaz ixrac edəcək
Rövnəq Abdullayev: “Azərbaycan öz təklifini Türkiyə tərəfinə artıq təqdim edib və danışıqlar da məhz bu təkliflər ətrafında aparılacaq”
Azərbaycan və Türkiyə arasında təbii qazın alqı-satqısına dair danışıqların son 1,5 il ərzində aparılmasına baxmayaraq, qazın satış qiymətini müəyyənləşdirmək mümkün olmayıb.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, Azərbaycan öz təklifini Türkiyə tərəfinə artıq təqdim edib və danışıqlar da məhz bu təkliflər ətrafında aparılacaq.
«Qarşı tərəfdən qiymətlər, tranzit və s. məsələlərlə bağlı normal şərtlər olarsa, biz danışıqları davam etdirib müqavilə bağlayacağıq», - deyə R.Abdullayev vurğulayıb.
ARDNŞ prezidenti bildirib ki, Azərbaycanın İran, Rusiya, Gürcüstan və Türkiyəyə qaz ixrac etmək imkanları mövcuddur. Hazırda İranla Azərbaycanı birləşdirən qaz kəmərində təmir işləri aparılır: «Bu istiqamətdə kompressorların gücü artırılır və layihələr hazırlanır ki, gələcəkdə İrana istədiyimiz qədər qaz ixrac edək».
İran tərəfi ilə hələ danışıqlar davam etdirildiyindən bu ölkəyə satılacaq qazın həcmini açıqlamayan R.Abdullayev qış mövsümündə İrana qaz ixracının gerçəkləşdiriləcəyini vurğulayıb.
R.Abdullayev Rusiya istiqamətində kəmərlərdə yenidənqurma işlərinin aparıldığını da qeyd edib. ARDNŞ prezidentinin sözlərinə görə, vaxtı ilə bu kəmərlə ildə 5 mlrd. kubmetr qaz ötürülüb. Yenidənqurma işləri başa çatandan sonra bu kəmərlə ildə 7 mlrd. kubmetr qaz nəqli mümkün olacaq.

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35