Kürdə suyun səviyyəsi azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarının və onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın I ongünlüyündə həyata keçirilən monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ayın I ongünlüyündə Kürdə suyun sərfi sentyabrın III ongünlüyünə nisbətən saniyədə 1 kubmetr azalıb. Hazırda çayda su sərfi saniyədə 217 kubmetrdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Belə ki, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.
Araz çayında isə oktyabrın I ongünlüyündə suyun sərfi saniyədə 160 kubmetr olub.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35