Dəmir yoluna 1 milyard dollar investisiya qoyulacaq
Hazırlanmış layihələr xaricdən götürülən kreditlər hesabına maliyyələşəcək
“Dəmir yolunun inkişaf ilə əlaqədar 5 illik tədbirlər planı hazırlanıb və sənəd rəy almaq üçün hökumətə təqdim olunub. Biz yaxın vaxtlarda sənədin prezident tərəfindən təsdiqlənəcəyinə ümid edirik”.
Lent.az-ın məlumatına görə, Lent.az-ın məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan dəmir yolçularının peşə bayramı münasibəti ilə keçirilən görüşdə bildirib. Nazir deyib ki, qarşıdakı 5 ildə dəmir yolunun inkişafına 1 milyard dollar investisiya qoyulacaq. Onun sözlərinə görə, iqtisadi böhranla əlaqədar indi dəmir yolunun inkişafına dair layihələrinin daxili mənbələr hesabına maliyyələşməsində çətinliklər yaranıb. Bu səbəbdən də layihələr əsasən xarici mənbələr hesabına maliyyələşdiriləcək.
Nazir bildirib ki, yenidənqurma layihələrini biri Çexiyadan alınacaq kreditlər hesabına reallaşdırılacaq. Onun sözlərinə görə, Çexiya banklarından biri dəmir yolunun yenidən qurulmasına 150 milyon dollar vəsait ayırmağa söz verib. Razılaşmaya əsasən, həmin vəsait dəmir yolunda lokomotiv parkının yenidən qurulmasına sərf olunacaq.
Bundan başqa, Nəqliyyat Nazirliyi dəmir yolu layihələrinin maliyyələşdirilməsi üçün Dünya Bankı ilə də danışıqlar aparır. Ziya Məmmədov deyib ki, artıq bu danışıqlar da başa çatmaq üzrədir və razılaşmaya görə, Dünya Bankı Azərbaycanda dəmir yolunun inkişafına 450 milyon dollar yönəldəcək.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35