Dəmir yolunda da qiymətlər qaldırıla bilər
Artıq bu məsələyə baxılması üçün Tarif Şurasına rəsmi məktub göndərilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunda tariflərə baxılması üçün hökumətə müraciət edib. Bunun üçün Tarif Şurasına rəsmi məktub da göndərilib.
Lent.az-ın məlumatına görə, Səhmdar Cəmiyyətin sədri Arif Əsgərov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda ən ucuz sərnişindaşıma xidməti dəmir yolundadır: “Hazırda Azərbaycanın dəmir yolunda orta qiymət 3 manat 50 qəpikdir. Başqa nəqliyyat növlərində isə sərnişindaşımanın qiyməti qat-qat bahadır. Dəmir yolunda biletin qiyməti 3-4 manat olduğu halda, avtomobil nəqliyyatı ilə bir sərnişinin daşınması 10-15 manatadır”.
Arif Əsgərov bildirib ki, tariflərin aşağı olması dəmir yolu təsərrüfatında ortaya çıxan problemlərin həlli imkanlarını məhdudlaşdırır. Xüsusən də vaqonların sağlam saxlanması, təhlükəsizliyin təmin olunması sahəsində çətinliklər yaradır. Bu səbəbdən də Səhmdar Cəmiyyət qiymətlərin artırılmasını zəruri hesab edir.
Qiymətlərin nə qədər artacağına gəlincə, Arif Əsgərov bu barədə qəti fikir söyləməyib. Onun sözlərinə görə, bu məsələ Tarif Şurasının dəmir yol təsərrüfatının vəziyyəti və digər amillər barədə gəldiyi qənaətdən asılı olacaq.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35