Seldən zərər çəkənlərə kompensasiya veriləcək
Təbii fəlakətin kənd təsərrüfatına vurduğu ziyanın həcmi müəyyənləşdirilir
Ölkədə baş verən sel və daşqınlardan zərər çəkmiş təsərrüfat sahiblərinə dövlət tərəfindən kompensasiya veriləcək. Artıq 20-23 sentyabr tarixlərində və sonrakı dövrdə baş vermiş təbii fəlakətlərin nəticələri barədə hesablamalar başa çatmaq üzrədir.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, sel və daşqınların vurduğu ziyanın hesablanması üçün fəlakət zonalarında müvafiq komissiyalar yaradılıb. Həmin komissiyalar sel və daşqınların kənd təsərrüfatı subyektlərinə, əkin və heyvandarlığa vurduğu ziyanla bağlı son dəqiqləşdirmələr aparır. Araşdırmaların yekunları Nazirlər Kabinetinə təqdim olunacaq və zərər çəkmiş vətəndaşlara dövlət tərəfindən vəsait ödəniləcək.
Nazirlikdə bildirirlər ki, ilkin hesablamalar sel və daşqınların Hacıqabul rayonunda kənd təsərrüfatına daha çox ziyan vurduğunu göstərir. Belə ki, leysan yağışları nəticəsində 30 baş iribuynuzlu, 300 başa qədər qoyun və keçi, 9 min başa qədər quş tələf olub.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35