BFV Azərbaycandan niyə gedir?
Qurumun Bakı ofisinin rəhbəri bunu Azərbaycan hökumətinin makroiqtisadi sahədə geniş təcrübə qazanması ilə əlaqələndirir
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı nümayəndəsini geri çağırıb. Bundan sonra fondun Bakıdakı ofisində hələlik bir menecer, daha sonra menecer və iqtisadçı fəaliyyət göstərəcək.
Lent.az-ın məlumatına görə, BVF-nin Bakıdakı sonuncu nümayəndəsi Koba Qvenetadze jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq makroiqtisadi sahədə xeyli təcrübə qazanıb və bu səbəbdən Bakıda nümayəndənin olmasına ehtiyac yoxdur. Koba Qvenetadze deyib ki, indi Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranında özünü daha yaxşı göstərir.
Bununla belə, BVF-nin Bakı ofisi Azərbaycan hökuməti ilə məsləhətləşmələri davam etdirəcək. Koba Qvenetadze bildirib ki, ofisin göndərdiyi məlumatlar təhlil olunacaq və missiyalar Bakıya səfər edəcək: “Fond bu cür əməkdaşlığı Qazaxıstanda və Özbəkistanda da həyata keçirir. Nümayəndələri isə BVF əsasən proqram həyata keçirdiyi ölkələrdə saxlayır”.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən BVF-nin üzvüdür. İndiyədək fondun Bakıdakı daimi nümayəndəliyinini 6 rəhbəri olub. Onlardan sonuncusu Koba Qvenetadzedir. Onun səlahiyyət müddəti oktyabrın 9-da başa çatır. Artıq daimi nümayəndəliyin rəhbərinin Azərbaycanı tərk etməsi üçün artıq hazırlıq işlərinə başlanıb.
BVF Azərbaycanda daimi nümayəndəliyini bağlayan ilk iri beynəlxalq maliyyə qurumudur.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35