Neft Fondunun büdcəsi dəyişdi
Qaçqın və məcburi köçkünlərin sosial-məişət məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə əlavə 10 milyon manata ayrılıb
Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2009-cu il büdcəsinə dəyişikliklər edilib.
Lent.az-ın məlumatına görə, dəyişikliyin məqsədi fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin vaxtında icrasını təmin etməkdir. Fərmanda həmçinin qeyd olunur ki, bu dəyişikliklər Oğuz-Qəbələ Bakı su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı layihələrin sürətləndirilməsi məqsədi güdür.
Fərmana əsasən, fondun büdcəsində bəzi bu layihələrin icrası üçün nəzərdə tutulmuş vəsaitin həcmi artırılıb. Başqa bir layihədə isə əksinə, vəsait azaldılıb. Belə ki, qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi 80 milyon manatdan 90 milyon manatadək, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi 100 milyon manatdan 120 milyon manatadək, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi 110 milyon manatdan 130 milyon manatadək artırılıb. Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi isə 80 milyon manatdan 30 milyon manatadək azaldılıb.
Elxan SALAHOV

Oxşar yazılar

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35