“Azpetrol”un Azərbaycana qarşı yüzmilyonluq iddiası rədd edildi
Beynəlxalq Arbitraj prosesə xitam verilməsini qət edib
Hollandiyanın “Fondel” və “Azpetrol” şirkətlərinin Beynəlxalq Arbitrajdakı iddialarına son qoyulub. Bu barədə Lent.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, 2006-cı ilin iyul ayında Hollandiyanın “Azpetrol İnternational Holdings B.V.”, “Azpetrol Oil Services Group B.V.” və “Azpetrol Group B.V.” şirkətləri, həmin ilin noyabr ayında isə “Fondel Metal Participations B.V.” şirkəti Azərbaycan Respublikasına qarşı Enerji Xartiyası Sazişi və “Azərbaycan Alüminiumu” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilə üzrə öhdəliklərinin pozulması, “xarici” sərmayəçilərə məxsus olan əmlakın ekspropriasiyası və bir sıra digər tələblərlə bağlı İnvestisiya Mübahisələrinin Həllinə dair Beynəlxalq Mərkəzdə (İCSİD) ümumi məbləği 740 milyon ABŞ dolları həcmində qiymətləndirilən iddia qaldırıblar. Azərbaycan tərəfinin qurduğu düzgün müdafiə mövqeyi nəticəsində arbitraj proseslərinin getdiyi 3 il müddətində qarşı tərəf nəinki öz tələblərini əsaslandıran mötəbər sübutların ortaya çıxarılmasına, heç işlərin mahiyyəti üzrə baxılmasının başlanmasına nail ola bilməyib.
İddialarının hüquqi əsası olmadan verildiyini və prosesin onlar üçün arzuolunmaz istiqamət aldığını görən “Fondel” şirkətinin vəkilləri mübahisəni barışıq yolu ilə həll etmək təklifiylə çıxış etmişdilər. Bu ilin yanvarın 12-də hər hansı bir təzminat ödənilmədən həmin şirkətlə Azərbaycan Respublikası arasında barışıq sazişi imzalanıb.
Sentyabr ayının 8-də “Azpetrol” şirkətlərinin işi üzrə elan olunmuş qərara əsasən, Beynəlxalq Arbitraj yekdilliklə tərəflər arasında hüquqi mübahisənin olmadığı qənaətinə gəlib və prosesə xitam verilməsini qət edib. Beləliklə, beynəlxalq məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasına qarşı qaldırılan iddialar əsassız hesab edilib.
Pərvin ABBASOV

750