Dağ zirvəsində elmi mərkəz yaradılıb
Cənubi Qafqazın ən hündür nöqtəsində yaradılan bu mərkəz artıq istifadəyə hazırdır
Böyük Qafqazın şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin tikintisi başa çatdırılıb. Cənubi Qafqazın ən hündür nöqtəsində yaradılmış bu mərkəz yaxın zamanda fəaliyyətə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildiriblər ki, mərkəzin yaradılmasında məqsəd yüksək dağlıq ərazilərin (YDƏ) kompleks öyrənilməsi, xüsusən həmin ərazinin mikroiqliminin, hidroloji proseslərin, dağ buzlaqlarının tədqiqi, iqlim dəyişmələri və onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin qiymətləndirilməsidir. Hazırda Elm Mərkəzinin fəaliyyətə başlaması üçün 3000 metrə yaxın hündürlükdə müvafiq inzibati bina tikilib və orada meteoroloji müşahidə meydançası yaradılıb.
Nazirlikdə bildirirlər ki, həm Elm Mərkəzində, həm də Şahdağın 3500 metr hündürlüyündə Finlandiyanın məşhur Vaysala firmasının istehsalı olan Avtomat Meteoroloji Stansiyalar (AMS) quraşdırılıb. Artıq meteoroloji stansiyalardan ilkin meteoroloji müşahidə məlumatlarının alınmasına başlanıb. Hazırda belə AMS-dən biri 4200 metr hündürlükdə yerləşən Tufandağda da quraşdırılır.
Xatırladaq ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi prezident İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” sərəncamı əsasında yaradılıb.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56