Badamlıda istirahət-müalicə kompleksi yaradılacaq
24 sentyabr 2009 10:45 (UTC +04:00)

Badamlıda istirahət-müalicə kompleksi yaradılacaq

Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunda yerləşən Badamlı miner sularının bazasında istirahət-müalicə kompleksi yaradılacaq. Lent.az-ın məlumatına görə, bu fikirləri Badamlı qəsəbə mərkəzinin açılışında NMR Ali Məclisinin sədri Vasif Talıbov deyib.

Ali Məclis sədri bildirib ki, ölkə başçısının 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kurortların 2009-2010-cu illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada istirahət-müalicə mərkəzlərinin yaradılması barədə təkliflər hazırlanaraq təqdim olunub. Badamlı qəsəbəsində istirahət-müalicə kompleksinin yaradılması barədə təkliflər də həmin proqramda öz əksini tapıb.

Ötən dövr ərzində Badamlı Mineral Sular Zavodunun yenidən qurulduğunu xatırladan V. Talıbov ərazidə istirahət-müalicə kompleksinin yaradılması istiqamətində indidən hazırlıq işləri görülməsinin vacibliyini bildirib, indiyədək infrastrukturun tamamilə yeniləndiyini, yolların abadlaşdırıldığını qeyd edib.

Qeyd edək ki, Ali Məclis sədri Badamlı qəsəbə mərkəzində icra nümayəndəliyinin, bələdiyyənin, rabitə evinin, baytarlıq və polis sahə məntəqələrinin, YAP ərazi ilk təşkilatının, qəsəbə mədəniyyət evinin və kitabxanasının yerləşdiyi yeni binanın, Badamlı kənd məktəbinin, kənd mərkəzinin, məişət evinin, həmçinin Biçənək magistral yolundan Badamlı kəndinədək olan və yenidən qurulan 7,5 kilometr uzunluğunda yolun açılışında iştirak edib.


Fariz YUNİSLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar