Ağstafada 4543571 kv metr ərazi partlamayan hərbi sursatlardan təmizlənib
Təhlükəli ərazilərdən 432990 ədəd partlamayan hərbi sursat aşkar edilib
Hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları tərəfindən Ağstafada Saloğlu kəndi və Ceyrançöl adlanan ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə işlər davam etdirilir. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə ANAMA-nın partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssisi Pərviz Gidayev məlumat verib. Onun sözlərinə görə, 1991-ci ilin avqustun 10-da regionda sovet ordusuna aid ən iri miqyaslı silah sursat anbarının partlaması nəticəsində çirklənən 5683769 kv metr ərazidən 4543571 kv metr hissəsi təmizlənib. Təhlükəli ərazilərdən 432990 ədəd partlamayan hərbi sursat aşkar edilib. Bunlardan 7000 ədədi ağ fosforlu sursat olub. Ağ fosforlu sursatlardan 6939 ədədi olmaqla, ümumilikdə 398703 ədəd sursat partlayış yolu ilə zərərsizləşdirilib. 40250 kq partlayıcı hissələri yandırma üsulu ilə məhv edilib.
“Günlük 1500-1600 kv metr ərazi təmizlənir və 600-800 ədəd sursat aşkar edilərək, zərərsizləşdirilir. Layihə 2011-ci ilin ortalarında sona çatacaq” - deyə Pərviz Gidayev əlavə edib.
Vüsalə Cənnətova

Oxşar yazılar

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56