Ermənistan saytlarında Azərbaycan reklamı
Osman Gündüz: “Məncə, burada elə də ciddi problem yoxdur”
İnternet sərhəd tanımadığından hətta düşmənlər də bir-birini burada görə, bir-biri haqqında oxuya, hətta yazışa bilərlər. Necə ki, Azərbaycanın xəbər saytları ermənilərin informasiya agentliklərinə, ermənilər isə Azərbaycanın agentliklərinə istinad edərək hansısa xəbəri yayması normal hal kimi qarşılanır. Lakin bəzən elə hallar olur ki, həmin məsələyə toxunmaya bilmirsən. Məsələn, Azərbaycan saytlarının reklamını ermənilərə məxsus internet səhifələrdə görəndə bu, istər-istəməz maraq doğurur. Belə çıxmırmı ki, həmin saytın sahibləri erməni saytlarına reklam vermək üçün pul ödəyir? Lent.az bu suala cavab tapmağa çalışıb.
Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz Lent.az-a açıqlamasında bunun “Google”un xidmətlərindən biri olduğunu deyib: “Google” reklam təklifləri verir. Hansı sayt özünü reklam etdirmək istəyirsə, “Google”a pul ödəyir. Öz saytını dünya üzrə reklam edəsən, “Google” bunu da bacarır. Həmçinin “Google” İP-lərə görə dünyanın istənilən konkret ölkəsində də reklam edə bilir. Məsələn, bir sayt öz səhifəsində “Google”a yer təklif edir. “Google” həmin təklif edilən yeri alır, sonra da hansı saytlardan reklam alıbsa, həmin reklamları o saytda çıxarır. O ki qaldı reklamın hansı ölkə ərazisində çıxıb-çıxmamasına, bu, həm reklam verəndən asılıdır. Məsələn, demək olar ki, mənim malımın reklamını Ermənistanda, yaxud Ermənistan saytında çıxarma. Ümumiyyətlə bu, bir qədər nisbi anlayışdır. Məncə, burada elə də ciddi problem yoxdur”.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov Lent.az-a deyib ki, bu cür reklam verən Azərbaycan saytlarının rəhbərləri “Google”la müqavilə bağlayarkən, bu reklamın müəyyən yerlərə yayılması ilə bağlı maddə də ora salına bilər: “Düzdür, belə bir arqument qoyurlar ki, bunu etmək mümkün deyil. Ancaq əslində müasir texnologiyalar bunu etməyə imkan verir. Ona görə də bizim iş adamları, sahibkarlar internet vasitəsilə beynəlxalq aləmə çıxarkən, Azərbaycanın milli maraqlarını qorumaq üçün bu addımları ata bilər. Reallıqda “Google” vasitəsilə məlum ölkəyə də müəyyən faizlər ödənilir ki, bunun da qarşısını almaq olar. Bu, saytların sahiblərinin üzərinə düşür. Nazirlik yalnız zəruri məlumatları onların nəzərinə çatdırmaqla kömək edə bilər. Ancaq nazirlik sahibkara deyə bilməz ki, saytın reklamını filan yerə yayı, filan yerə yayma, filan yerə ver, yaxud vermə. Buna baxmayaraq, nazirliyin mövqeyi belədir ki, münasibətlərin olmadığı bir ölkəyə reklam pulunun faizləri belə ödənilməsin. Ancaq bəlkə də bu, xəbərsiz olaraq gerçəkləşir. Hər halda, onların özlərinə də bu məsələdə məlumat çatdırılsa yaxşı olar”.
Yeri gəlmişkən, Lent.az-ın əməkdaşı Azərbaycanın bu cür reklam verən saytlarından birinin - “azersayt”ın mövqeyini öyrənmək istəsə də, bu, mümkün olmayıb. Belə ki, saytın “ana səhifəsi”ndə heç bir əlaqə telefonu yoxdur, e-maillərə yazılan məktublara isə cavab verilməyib.
AİF prezidenti Osman Gündüz bu tipli saytlarda telefon nömrəsi olmamasını təəccüblə qarşılayıb və bu bunu “düzgün olmayan hal” kimi dəyərləndirib.
Pərvin ABBASOV

808