İki rayonda torpaq hərracı keçirilir
11 torpaq sahəsinin 8-i fərdi ev tikintisi, 3-ü isə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulur
Bu gün Abşeron və Cəlilabad rayonlarında növbəti torpaq hərracı keçirilir. Hər iki rayonda 11 torpaq sahəsi çıxarılacaq. Bu torpaqların 3-ü Cəlilabad, 8-i isə Abşeron rayonunun Pirəkəşkül-Qobustan bələdiyyəsinə məxsusdur.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Lent.az-a bildiriblər ki, hər iki rayonda torpaqların hərraca çıxarılacağı barədə bildiriş avqustun 14-də verilib. Hərracı yeri, torpaq sahəsinin təyinatı və ilkin qiyməti barədə məlumatlar “Torpaq” qəzetində dərc olunub.
Komitədə deyirlər ki, Abşeron rayonunda hərraca çıxarılan torpaq sahələrinin 6-sı fərdi ev tikintisi, 2-si sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub. Cəlilabad şəhər, Ocaqlı və Qarazəncir kənd bələdiyyələrində satışa çıxarılacaq sahələrinin 1-i sahibkarlıq, 2-si isə həyətyanı istifadə məqsədli torpaqlardır.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56