Bakıda torpaq ən çox Səbail rayonunda ucuzlaşıb
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) paytaxtın torpaq bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Lent.az-a daxil olan məlumata görə, may ayında Bakı şəhəri üzrə bazara təklif olunan ümumi 813,2 ha torpaq sahəsinin 77%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası may ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 2,2% artaraq 226 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb.
Əvvəlki aylarda olduğu kimi may ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq 20743 $/sot səviyyəsindən 20079 $/sot səviyyəsinə enib.
Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması da daha çox III və IV zonalarda qeydə alınıb.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. Qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Ən çox qiymət azalması isə Səbail (-3,8%) rayonunda qeydə alınıb. Əvvəlki ay olduğu kimi, may ayında da Qaradağ rayonunda torpağın qiymətində nisbi də olsa qiymət artımı (0,1%) davam edib. Buna səbəb bu rayonun ərazisində yeni ticarət mərkəzinin fəaliyyətə başlamasıdır.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (320000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Mingəçevirdə vətəndaşların sualları yerindəcə cavablandırıldı - FOTO
11 avqust 2022 , 19:51
Şuşada qadağan olunan sahibkarlıq fəaliyyəti - SİYAHI
11 avqust 2022 , 19:15
Rusiyanın neft gəlirləri çökdü
11 avqust 2022 , 17:52
“Azəri̇qaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ OLACAQ
11 avqust 2022 , 15:34
“Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini yüksəldib®
11 avqust 2022 , 10:51Heydər Əliyev Beynəlxalq Aeroportunda işığın kəsilməsindən YENİ XƏBƏR
11 avqust 2022 , 09:27
Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi®
10 avqust 2022 , 18:44