Dünya Bankından Azərbaycan bankına dəstək
Beynəlxalq Maliyyə Korporasiyası “TuranBank”la korporativ idarəetmə sahəsində əməkdaşlıq edəcək
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyət göstərən banklardan birinə - “TuranBank” ASC-yə korporativ idarəetmə təcrübəsini təkmilləşdirməyə və potensialını artırmağa yardım edir. Layihəyə uyğun olaraq, IFC bankın direktorları, menecerləri və əsas səhmdarları üçün konsultasiyalar və təlimlər keçirəcək. Həmçinin sənədlərin təkmilləşdirilməsi, maliyyə hesabatlığı və məlumatın açıqlanmasının gücləndirilməsi, daxili nəzarət, daxili audit funksiyasının təkmilləşdirilməsi istiqamətində də işlərin aparılması nəzərdə tutulur.
IFC-nin Bakı ofisindən Lent.az-a bildiriblər ki, “TuranBank” bu qurumun Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin ikinci fazasında pilot proqramına qoşulan ilk bankdır. Layihə yerli şirkətlərin daha davamlı və dayanıqlı olması istiqamətində onlarla iş aparır.
“TuranBank”ın İdarə Heyətinin sədri Nazim Sadıqov deyib ki, Korporativ İdarəetmə Layihəsində iştirak etmək bütün idarəetmə dairələri arasında effektiv əməkdaşlıq qurmağa imkan verəcəkdir. Bu isə böhran və böhrandan sonrakı şəraitdə bankın maliyyə bazarlarında gedən proseslərə adekvat reaksiya verməyə şərait yaradacaq.
Dünya Bankının üzvü olan IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsinin meneceri Karolina Brayt isə bu layihənin “TuranBank”da daxili rolların və vəzifələrin bölüşdürülməsi və əməliyyat səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyəti olduğunu deyib. Onun sözlərinə görə, layihə bankın nüfuzunun artırılması və korporativ böhranlar, qalmaqallar riskinin azaldılması, kapitala çıxış imkanlarının artırılması və kapital üzrə xərclərin azaldılması üçün faydalı olacaq.
“Biz bu mühüm işdə “TuranBank”la əməkdaşlıq etməkdən məmnunuq və bu proqramın uğurlu olmasına inanırıq” – deyə, layihə meneceri qeyd edib.
Elxan SALAHOV

1020