Borcluların işığını kəsəcəklər
“Bakıelektrikşəbəkə” ASC gədən həftədən etibarən enerji borcu olan abunəçilərin işığını kəsəcək.
Səhmdar Cəmiyyətdən Lent.az-a bildiriblər ki, abonentlər elektrik enerjisinə görə yaranmış borclarını iyunun 8-i saat 12:00-dək tam şəkildə ödəməlidir. Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaqdır. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
“Bakıelektrikşəbəkə”də deyirlər ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.
Elxan SALAHOV

1022