Bakı dünyanın ən bahalı şəhərlərin siyahısında 29-cu yerdədir – SİYAHI
03 dekabr 2010 17:26 (UTC +04:00)

Bakı dünyanın ən bahalı şəhərlərin siyahısında 29-cu yerdədir – SİYAHI

APA-ECONOMICS”in xəbərinə görə, reytinq cədvəli “ECA International” konsaltinq şirkəti tərəfindən hazırlanıb.

Builki reytinqə Tokio paytaxtı başçılıq edir. Ötən il üçüncü olan Yaponiya paytaxtı bu il ən bahalı şəhərlərin liderliyinə yüksəlib. İlk üçlüyü Luanda (Anqola) və Naqoya (Yaponiya) tamamlayır.

Siyahıda Avropanın ən bahalı şəhəri olan Oslo (Norveç) 6-cı, Latın Amerikasının ən bahalı şəhəri Karakas (Venesuela) isə 16-cı yerdə qərarlaşıb. Ötən il siyahıda 25-ci olan qonşu Rusiyanın paytaxtı Moskva bu il 14-cü yerə yüksəlib. Qardaş Türkiyənin İstanbul şəhəri 62-ci pilləni 38-ci, Ankara şəhəri isə 69-cu pilləni 49-cu pilləyə dəyişib. Azərbaycanın paytaxtı Bakı isə hər iki şəhəri geridə qoymaqla 20 pillə irəliləyərək, dünyanın 29-cu ən bahalı şəhərinə çevrilib.

Qeyd edək ki, reytinq tərtib olunarkən analitiklər qida, alkoqol, siqaret, texnika və benzinə sərf olunan əsas xərcləri nəzərə alıblar.

Global ranking 2010

Şəhərlər

Global ranking 2009

1

Tokio

3

2

Luanda

1

3

Naqoya

8

4

Yokohama

6

5

Kobe

9

6

Oslo

4

7

Sürix

11

8

Cenevrə

10

9

Stavanger

7

10

Bern

13

11

Bazel

14

12

Kopenhagen

5

13

Kinşasa

37

14

Moskva

25

15

Helsinki

15

16

Karakas

2

17

Libreville

12

18

Təl-Əviv

20

19

Rio de Janeiro

51

20

Abuja

55

21

Yerusəlim

22

22

Seul

56

23

Kanberra

64

24

Paris

16

25

Sidney

65

26

Sao Paulo

71

27

Stokholm

23

28

Manhetten

38

29

Bakı

49

30

Brazilia

70

31

Abidjan

17

32

Honq Konq

52

33

Melburn

72

34

Honolulu

50

35

Perth

78

36

Brisbane

73

37

Vyana

18

38

İstanbul

62

39

Nyu York

60

40

Berlin

19

41

Şanxay

53

42

Sinqapur

79

43

Pekin

61

44

Adelaide

82

45

Gotenburq

42

46

Brüssel

21

47

Sankt Peterburq

83

48

Lagos

74

49

Ankara

69

50

Mərkəzi London

54


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443

Oxşar yazılar