Azərbaycanla Suriya razılığa gəldi
Azərbaycan və Suriya təbii qazın alqı-satqısına dair memorandumun imzalanmasına dair razılılaşma əldə edib.
«APA-ECONOMICS»in «Syria-oil» portalına istinadən verdiyi məlumata görə, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Dəməşq şəhərində keçirdiyi görüşlər zamanı tərəflər Suriyaya ildə 1-1,5 mln. kubmetr təbii qazın ixracına dair razılığa gəlib və iki ölkə arasında bununla bağlı ilkin sənəd imzalanıb.
N.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün həmçinin Suriya Neft Şirkəti ilə birgə müəssisələrin yaradılması planlarını da müzakirə edib. Bu birgə müəssisələr neft və qaz mənbələrinin araşdırılması və istehsalı sektorunda işləyəcək.
SANA xəbər agentliyinin məlumatına görə, Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian əl-Allao bildirib ki, Azərbaycan qazından həm Suriyanın tələbatı səviyyəsində ölkə daxilində istifadə ediləcək, qalan həcm isə Livan-İordaniya-Misr-Yunanıstan kəməri vasitəsi ilə İtaliyaya ixrac ediləcək.
Qeyd edək ki, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Suriyaya səfər edib. Nümayəndə heyətində ARDNŞ-in vitse-prezidentləri Elşad Nəsirov, Muxtar Babayev və Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev təmsil olunur. Azərbaycan Sənaye və Energetika Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan cari ilin sonundan Suriyaya qaz ixracına başlayacaq. Artıq qazın ixracı ilə bağlı Türkiyə və Suriya arasında qaz şəbəkələri birləşdirilib və texniki məsələlər həll olunub. Səfər martın 4-də başa çatacaq.

665