Nar, alma, armud, xurma bahalaşıb
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 5,9 faiz bahalaşıb.
Birillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb. Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 2,8 faiz, kələmin 2,5 faiz, göyərtilərin 4,3 faiz, kartofun istehsalçı qiymətləri 5,9 faiz ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 2,7 faiz, yerkökünün 4,7 faiz, xiyarın 0,9 faiz, pomidorun 1,2 faiz, badımcanın 0,7 faiz, bibərin 7,6 faiz, baş sarımsağın 0,8 faiz, qurudulmuş noxudun 6,6 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb. Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 15,7 faiz, xurmanın 21,6 faiz, almanın 4,9 faiz, armudun 0,2 faiz, heyvanın 25,2 faiz, fındığın istehsalçı qiymətləri 3,6 faiz bahalaşıb. Limonun istehsalçı qiymətləri 9,1 faiz, naringinin 12,0 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 0,9 faiz, qozun istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,4 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun 6,8 faiz, südün istehsalçı qiymətləri isə 2,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,8 faiz, diri qoyun və keçilərin 0,2 faiz, mal, qoyun, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 1,4 faiz, 0,1 faiz, 2,2 faiz və 0,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 3,7 faiz bahalaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,3 faiz ucuzlaşma müşahidə olunub.

Oxşar yazılar

"Azercell" və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
21 aprel 2025 , 12:25
Azərbaycanda nazirin müşaviri istefa verdi
21 aprel 2025 , 10:29
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
19 aprel 2025 , 10:03
Azərbaycanın 5 milyondan çox xarici borcu var
18 aprel 2025 , 17:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18 aprel 2025 , 09:53
"Azercell"in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi -VİDEO
17 aprel 2025 , 17:06
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başladı
17 aprel 2025 , 12:08