Azərbaycanın aldığı 44 milyon avroluq gəmilər bulvara yan alıb - FOTO
Bu gün Azərbaycanın sifarişi ilə Xorvatiyada hazırlanmış gəmi-bərələrin Bakıda açılış mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, “Bərdə” və “Balakən” adı verilmiş gəmi-bərələr Bakı bulvarına, daha dəqiq desək, Yaxt Klubun körpüsünə yan alıb. Bu gün keçiriləcək mərasimlə hər iki gəmi istismara veriləcək.
Bu gəmilər 54 vaqon tutumludur. Gəmi ilə müxtəlif təyinatlı (yük, minik, sərnişindaşıma və s.) avtomobillərin də daşınması mümkündür. Gəmilərin hər biri Azərbaycana 22 milyon avroya başa gəlib.
Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov Lent.az-a bildirib ki, Xorvatiyanın Pula tərsanəsində hazırlanmış gəmi-bərələr yüksək texnoloji səviyyəyə malikdir: “Bu gəmi bərələrin də istifadəyə verilməsi ilə Azərbaycanın sahib olduğu bu tip nəqliyyat vasitələrinin sayı 13-ə çatacaq. Bu gəmi bərələr, əsasən Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində hərəkət edəcək. Gəmilər son texnologiya ilə təmin olunub, tam kompüterləşdirilib”.
Qeyd edək ki, gəmilər Azərbaycana ümumilikdə 44 milyon avroya başa gəlib.
Nizam RZA

Oxşar yazılar

Bakıda Su Həftəsi keçiriləcək
20 avqust 2025 , 15:54
Birbank Biznes-də dostluq qazandırır
20 avqust 2025 , 12:54
Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43