Bakıda MDB ölkələrinin dəmir yolu administrasiyalarının konfransı keçirilir - FOTO
Bakıda MDB iştirakçı ölkələrin dəmir yolları administrasiyalarının – Tarif Sazişi iştirakçısı olan dəmir yolu administrasiyalarının XXI Tarif Konfransı keçirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini İqbal Hüseynov Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib.
İqbal Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramda Azərbaycan polad magistralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. İqbal Hüseynov qeyd edib ki, Tarif Sazişi iştirakçısı olan dəmir yolu administrasiyalarının XXI Tarif Konfransı qarşılıqlı əlaqələrin genişləndirilməsində böyük rol oynayacaq.
Sonra Ukrayna Dəmir Yollarının nümayəndəsi Natalya Nosovanın sədrliyi ilə gündəlikdə olan Tarif siyasəti haqqında İşlər İdarəsinin hesabatı, Tarif Razılaşmasına düzəlişlər edilməsi haqqında, 2013-cü fraxt ili üçün Tarif siyasətinin əlaqələndirilməsi, 2013-cü fraxt ili üçün Tarif siyasətinin İşlər İdarəsi tərəfindən təsdiq edilməsi, XXII Tarif Konfransının keçirilməsi haqqında və digər məsələlər müzakirə olunub. XXI Tarif Konfransının sonunda müvafiq sənədlər imzalanıb.

Oxşar yazılar

"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
21 may 2025 , 15:38
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
21 may 2025 , 15:08
ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!
21 may 2025 , 10:03
Tramp bu yolla 324.5 milyon dollar qazandı
21 may 2025 , 06:39
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
20 may 2025 , 16:23
Kapital Bank daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
20 may 2025 , 15:22
“Bakcell” süni intellekt təlimi təşkil etdi
20 may 2025 , 14:06