(R) Müəllimlərə möhtəşəm hədiyyə
17 oktyabr 2012 13:01 (UTC +04:00)

(R) Müəllimlərə möhtəşəm hədiyyə

“Unibank” Kommersiya Bankı ASC müəllimlər günü ilə bağlı tədbir keçirib. Təhsil naziri Misir Mərdanovun da qatıldığı tədbirdə, 300-dən artıq təhsil ocağının rəhbərləri iştirak edib.

Qonaqları salamlayan “Unibank” KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, ölkəmizin ən inkişaflı banklarından olan “Unibank” 20 illik tarixində öz iqtisadi, sosial layihələri ilə Azərbaycanın iqtisadi uğurlarına daim dəstək verib və bu siyasət davam etdirilir: “Unibank” digər sahələrdə olduğu kimi, təhsil sahəsində tədbirlərə də xüsusi diqqət yetirir. Bizim gələcəyin mütəxəssisləri olan tələbələrin bank mütəxəssisi kimi yetişməsi, onların işlə təminatı və təqaüd proqramları ilə bağlı xüsusi layihələrimiz var. Bankımızın çoxsaylı kredit məhsulları içərisində, təhsil sahəsində çalışanlara ünvanlanan kredit şərtlərində xüsusi yanaşmalarımız var. Hər kəsin bankı olmağı qarşısına məqsəd qoyan “Unibank” 5 oktyabr müəllimlər günündə “müəllim krediti” adlı daha bir kampaniyaya start verib. Bu kampaniya çərçivəsində müəllimlər üçün xüsusi güzəştlər nəzərdə tutulub”.

F.Hüseynov bildirib ki, tədbir çərçivəsində təqdimatı keçirilən “Müəllim Kartı” da müəllimlərimizin dəyərli vaxtlarına qənaət etməsinə səbəb olacaq bir məhsuldur.

Ölkə rəhbərliyinin təhsilin inkişafına daim xüsusi qayğı ilə yanaşdığını, bu sahəyə ayrılan vəsaitlərin ildən-ilə artdığını bildirən təhsil naziri Misir Mərdanov, “Unbankın” timsalında ölkənin özəl qurumlarının da bu sahəyə diqqətini yüksək qiymətləndirib. Bankın təhsillə, xüsusilə də müəllimlərlə bağlı addımlarını təqdirəlayiq hesab edib. Misir Mərdanov deyib ki, son 15-20 ildə ölkə bankları içərisində “Unibank” ilk olaraq, belə bir unikal təşəbbüslə çıxış edib. “Müəllim kartı”nın müəllimlər üçün gözəl töhfə olduğunu vurğulayan nazir, gələcəkdə belə tədbirlərin davamlı olmasını arzulayıb.

Tədbir çərçivəsində Unibankın “Müəllim kartı”nın təqdimatı da keçirilib.

Bu kart müəllimə Bankın heç bir filialına getmədən, kredit əldə etmək imkanı verir. Nağd pula ehtiyacı olan “müəllim kartı”nın sahibləri öz mobil nömrələrindən (Azercell və Bakcell abunəçiləri) “kredit” sözünü xüsusi qısa nömrəyə göndərməklə, kredit ala biləcəklər. Müəllimlərlə əlaqə saxlayan bank əməkdaşları, istənilən məbləği müəllim kartına köçürəcəklər. Bu krediti “Unibank” ATM-lərindən nağdlaşdırmaya görə komissiya tutulmur. Sahiblərini birbaşa bankın müştərisinə çevirən “müəllim kartı”, “Unibank”ın tərəfdaşlar şəbəkəsində xüsusi endirimlərdən faydalanmaq imkanı da yaradacaq. Kart çərçivəsində gələcəkdə stimullaşdırıcı tədbirlərin - uduş kampaniyalarının keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Unibank 05 oktyabr-15 noyabr 2012-ci il tarixləri arasında Alkredit götürən müəllimlərə kreditin son 6 ayının faizlərini hədiyyə edir. Maksimal məbləği 5000 AZN olan 24 aylıq kredit, 3000 AZN-dək zaminsiz verilir. “Unibank”dan 1 saatlıq mobil danışıq kartı da hədiyyə olunur.

Başqa banklara borcunuz olması belə, Sizi hər kəsin bankı olan «Unibank»ın kreditlərindən faydalanmaqdan məhrum etmir. Sizə ən yaxın olan «Unibank» filialına buyurun.

Kreditlərin şərtləri ilə bağlı daha ətraflı məlumatı Bankın internet səhifəsindən ((http://www.unibank.az/az/private-clients/loans/cash-loans/teacher-loans), facebook səhifəsindən (www.facebook.com/unibank.az) və ya (012) 117 nömrəli telefona zəng vurmaqla əldə edə bilərsiniz.

Unibank – hər kəsin bankı!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678

Oxşar yazılar