“Azerfon” MMC-nin yeni baş ofisi istifadəyə verildi
“Azerfon” MMC-nin Bakı şəhəri Heydər Əliyev prospekti 106 ünvanında yerləşən yeni baş ofisi istifadəyə verilib. Lent.az-ın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə şirkətin baş direktoru Yurgen Pitz, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Y. Pitz rəhbərlik etdiyi şirkətin gördüyü işlər barədə məlumat verib. O bildirib ki, “Azerfon” hazırda 2 milyon 200 min abunəçiyə xidmət edir.
Daha sonra çıxış edən PA-nın şöbə müdiri Əli Həsənov qeyd edib ki, Azərbaycan informasiya texnologiyaları sahəsində nəinki Cənubi Qafqazın, hətta Şəri Avropanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib: “Milli peykimiz orbitə çıxdıqdan sonra biz bütün Avrasiyaya kabel-sputnik xidməti göstərə biləcəyik”. Ə. Həsənov qeyd edib ki, Azərbaycan son illər ərzində ictimai-siyasi, iqtisadi sahə ilə yanaşı, informasiya-texnologiyaları sahəsində böyük uğurlara imza atıb. “Nar Mobile”-in yeni ofisinin açılışı bir daha onu deməyə əsas verir ki, Azərbaycan dünyanın cəlbedici, tərəfdaş ölkəsinə çevrilib: “Kiçik dövlətdə 3 mobil operatorun dünya standartlarına cavab verən xidmət göstərməsi informasiya texnologiya baxımından inkişafımızın göstəricisidir”.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İ. Məmmədov çıxışı zamanı informasiya texnologiyaları sahəsində respublikamızın əldə etdiyi uğurlardan bəhs edib.
Anar Məcidzadə

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13