Azərbaycanda ət, yumurta və yun istehsalı artıb
Aqrar bölmədə sentyabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 99,7 faizi, yaxud 993,2 min hektarı biçilib.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin sahələrdən 2 milyon 616,2 min ton məhsul götürülüb.
Orta hesabla hər hektardan əldə edilmiş məhsul 1,6 sentner artaraq 26,3 sentner təşkil edib. Bundan əlavə, məhsul toplanmış 13,4 min hektar qarğıdalı sahəsindən 58,6 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 706,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 18,2 min ton çox kartof, 968,0 min ton (6,0 min ton çox) tərəvəz, 396,8 min ton (45,3 min ton az) bostan məhsulları, 331,4 min ton (35,6 min ton çox) meyvə və giləmeyvə, 31,6 min ton (7,6 min ton çox) üzüm, 395,4 ton (2,6 ton az) yaşıl çay yarpağı, 16,9 min ton (1,9 min ton çox) günəbaxan, 2,5 min ton (0,4 min ton çox) tütün toplanıb.
Bu dövrdə 295,5 min ton, yaxud 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 3,4 faiz çox diri çəkidə ət, 1145,8 min ton (7,0 faiz çox) süd, 794,1 milyon ədəd (19,5 faiz çox) yumurta, 15,0 min ton (1,6 faiz çox) yun istehsal olunub. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,6 faiz, heyvandarlıq məhsulları istehsalı 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,7 faiz artıb.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18