Hesablama Palatası RİH-in vəsaitləri necə xərcləməsini yoxlayacaq
Hesablama Palatasının Kollegiya iclası keçirilib. Lent.az-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Kollegiya iclasında Şabran və Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə, dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Dövlət Aqrar Universitetinə Universitetin tədris korpuslarının təmiri və avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa Rayon İcra Hakimiyyətinə Poylu – Xətai – Yenigün – Aşağı Göyşəli” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə, Bərdə Rayon İcra Hakimiyyətinə “Alpout - Mustafaağalı - Qaratəpə - Nazırlı” avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli Uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası büdcəsinin “Ümumi dövlət xidmətləri” bölməsinin “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” köməkçi bölməsinin “Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair Audit Proqramları təsdiqlənib.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18