Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə təlimlərə start verir
Maliyyə Nazirliyi tərəfindən ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.
Maliyyə Nazirliyinin mətbuat xidmətin Lent.az-a verilən məlumata görə, ölkədə bu sahədə aparılan islahatların ilkin mərhələlərinin uğurla inkişaf etdirilməsi, mühasibat uçotu subyektlərinin müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədilə fasiləsiz tədris prosesinin təşkili xüsusi əhəmiyyət kəsb edir.
Bu məqsədlə Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların mütəxəssisləri üçün “Beynəlxalq mühasibat uçotunun əsasları” və “Yeni maliyyə hesabatlarının hazırlanması” üzrə təlimlərin keçirilməsinə başlanılır. Sentyabr ayının 17-dən start götürəcək təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən keçiriləcək. Bir neçə mərhələdən ibarət olan təlim proqramı mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təlim proqramı əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Bununla yanaşı, Maliyyə Elm-Tədris Mərkəzində respublikamızda mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə kommersiya təşkilatları, eləcə də peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslər üçün beynəlxalq və milli mühasibat uçotu sahəsində ödənişli əsaslarla təlimlərin keçirilməsi nəzərdə tutulub.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18