Almaniyada ixtisasartırma kursu keçmək üçün müsabiqə elan edildi
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və gənc menecerlərin noyabr-dekabr aylarında Almaniyada “İqtisadi kooperasiya” mövzusunda ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqə elan edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə Bakı Biznes Tədris Mərkəzi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən sentyabrın sonunda keçiriləcək.
Müsabiqədən uğurla keçənlər Almaniyada ixtisasartırma kursuna göndəriləcək. Proqramda iştirak edənlərə təqaüdlərin verilməsi, onların həyatının sığortalanması və kurs müddətində mənzillə təminat xərcləri (yol xərcləri istisna olmaqla) Almaniya tərəfindən ödəniləcək, sahibkarlar və menecerlər üçün Almaniyanın ixtisaslaşdırılmış mərkəzlərində və müəssisələrdə tədris və təcrübə təşkil olunacaq. İxtisasartırma kursları sahibkarlar və gənc menecerlərin beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkarlıqların artırılmasına şərait yaradacaq.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18