(R) Azərbaycan məhsulları MDB ölkələri arasında birincilik qazandı! - FOTO
21 Avqust 2012-ci il tarixində Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyini təşkilatının mənzil qərargahında ilin yekunlarına dair “2011-ci ildə MDB çərçivəsində Keyfiyyətli Məhsul və Xidmət sahəsində əldə olunmuş nailiyyətlər” müsabiqəsinin təltifetmə mərasimi keçirilib.
2011-ci ilin yekunlarına əsasən 6 şirkət laureat, 12 şirkət diplomant, 7 şirkət isə xüsusi diplomlara layiq görülüb.
“Milli istehlak mallarının istehsalı” sahəsi üzrə Azərbaycan Respublikasını təmsil edən Gilan Qəbələ Konserv Zavodu MMC qalib adını qazanıb. Gərgin rəqabət şəraitində keçən müsabiqədə məhz Azərbaycanı təmsil edən şirkətin birinciliyə layiq görülməsi sevindirici haldır.
Qeyd edək ki, 2011-ci ilin iyul ayında müəssisəyə baş çəkmiş müsabiqənin ekspert komissiyası ümumi zavodla və istehsal prosesi ilə tanış olub və apardıqları yoxlama nəticəsində müəssisədə işin yüksək səviyyədə təşkil olunmasını qeyd edib. Bunun nəticəsidir ki, Gilan Qəbələ Konserv Zavodu MDB məkanında çoxsaylı şirkətlər arasında ciddi rəqabətə baxmayaraq müsabiqədə iştirak etdiyi sahə üzrə birinciliyə layiq görülüb.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16