“Yuventus” Poqba ilə yollarını ayırır
09 dekabr 2023 12:20 (UTC +04:00)

“Yuventus” Poqba ilə yollarını ayırır

Turin “Yuventus”u yarımmüdafiəçi Pol Poqbanın taleyi ilə bağlı yekun qərarı yalnız futbolçunun diskvalifikasiyası rəsmi olaraq təsdiqləndikdən sonra verəcək, 

Lent.az-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport”da xəbər yer alıb.

Mənbə klubun Poqba ilə müqaviləyə xitam verəcəyini bildirir. Ancaq Turin komandası oyunçunun diskvalifikasiyasının cəmi bir neçə ay olacağı təqdirdə, qərarından imtina etməyə hazırdır.

Poqbanın Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

“Yuventus” müqaviləni birtərəfli qaydada pozmaq istəmir və qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoymaq üçün futbolçu, həmçinin onun ətrafı ilə danışıqlara açıqdır. Lakin klubun müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ var, çünki bunun yarımmüdafiəçinin müsbət dopinq testi ilə heç bir əlaqəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4194
avatar

Oxşar yazılar