"Yuventus"  növbəti baş məşqçisi   ilə bağlı qərar verdi
09 aprel 2024 13:05 (UTC +04:00)

"Yuventus" növbəti baş məşqçisi ilə bağlı qərar verdi

"Yuventus" rəhbərliyi "Bolonya"nın baş məşqçisi Tiaqo Motta ilə prinsipial razılığa gəlib ki, o, gələn mövsüm Turin təmsilçisinə rəhbərlik edəcək.

Lent.az bildirir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Mənbənin məlumatına görə, 41 yaşlı mütəxəssis yayda Turin klubunu tərk edəcək Massimiliano Alleqrini baş məşqçi kimi əvəz edəcək. Mottanın xidmətinə "Milan" və "Mançester Yunayted" də iddialı idilər.

Tiaqo Motta "Barselona", "İnter" və PSJ- dəki çıxışları ilə tanınır. 2018-ci ildə futbolçu karyerasını başa vuraraq Parisin gənclər komandasını çalışdırmağa başlayıb. Daha sonra “Genoa” və “Spesiya”da baş məşqçi kimi çalışıb.

2022-ci ilin sentyabrında Motta “Bolonya”ya rəhbərlik edir. Onun rəhbərliyi altında ötən mövsüm klub A seriyasında 9-cu yeri tutub. Bu mövsüm “Bolonya” dördüncü yerdədir və tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilir.

“Yuventus” A Seriyasında üçüncü yerdədir. Turin komandası ikinci yeri tutan “Milan”dan 6, “Bolonya”dan isə 4 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Oxşar yazılar