“Ağır şəkildə üç xal itirdik. Qapımızda ilk qolu görənə kimi, rəqibin heç yarım epizodu da yoxdu. Əksinə bizim 3-4 qol şansımız oldu. Amma rəqibə epizod vermədən qapımızda qol görürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Real”la oyundan sonra deyib.
Evdə 6:1 hesablı məğlubiyyəti dəyərləndirən türkiyəli mütəxəssis müdafiədəki səhvləri vurğulayıb: “Əslində az səhv edib, rəqibin səhvlərindən istifadə etməliydik, amma biz çoxlu səhvlər etdik. Edilə biləcək bütün səhvləri etdik. Təbii ki, rəqib də bizi bunlarla cəzalandırdı. Azarkeşlərimiz də bizi yaxşı dəstəklədi. Nəticədə azarkeşlərimizdən üzr istəyirəm. Bu məğlubiyyətə görə, özümü günahkar sayıram. Əslində 6:1 hesablı oyunda qırılma anı olmur. Amma elə birinci qoldan sonra çox şey həll olundu”.

Terim: “Günahkar özüməm”
Oxşar yazılar

Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05