Rövnəq Abdullayev: “Belə qərara gəldik ki...”
14 avqust 2013 17:33 (UTC +04:00)

Rövnəq Abdullayev: “Belə qərara gəldik ki...”

AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin avqustun 14-də keçirilmiş iclasındakı qərarlarını şərh edib. Lent.az-ın məlumatına görə, Abdullayev “affa.az”a açıqlamasında futbolun inkişafı üçün çox vacib müzakirələr apardıqlarını bildirib.

 

O qeyd edib ki, qərarlar yekdilliklə qəbul olunub. Ən əsas qərar I Divizion komandaları ilə bağlı olub. İcraiyyə Komitəsinin sonuncu iclasında I divizion komandaları ilə bağlı çıxrılan qərarlara yenidən baxılıb: “Müzakirələrdən sonra belə qərara gəldik ki, komandaların heyətlərində yaşı 21-dək olan futbolçuların limitində dəyişiklik edək. Yeni qərara əsasən, meydanda yaşı 21-dək olan 6 futbolçu olacaq. Əsas məqsədimiz yaşı 21-dək olan futbolçuları I Divizion və Premyer Liqa oyunlarına cəlb etmək, onlara imkanlar yaratmaqdır”.

 

Abdullayev fikrincə, ikinci vacib qərar legioner limiti ilə bağlı olub. Növbəti mövsümdən Topaz Premyer Liqasında mübarizə aparan komandalar 6 legionerin xidmətindən yararlana biləcək. Heyətdəki 5 yerli futbolçunun ikisinin yaşı isə 21-dək olmalıdır.

 

Ötən il pilot layihə kimi həyata keçirilən U-19 liqasının yaradılmasına qərar verildiyini deyən AFFA prezidenti Naxçıvan və Gəncədə futbolun inkişafı istiqamətində atdıqları addımlardan da danışıb: “Naxçıvanın “Araz” komandasının I Divizionda çıxış etməsi bu ildən təmin ediləcək. I Divizion klublarının Naxçıvana gediş-gəliş xərclərini AFFA öz üzərinə götürdü. Bu da Naxçıvanda futbolun inkişafına böyük dəstək olacaq. "Kəpəz" klubunun maliyyə durumunu nəzərə alaraq, bu istiqamətdə də işlər görülür. Artıq komandaya sponsor cəlb olunub. AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov Gəncəyə kurator təyin olundu. O, sponsorlarla birlikdə "Kəpəz" klubunun və uşaq futbolunun inkişafına xidmət göstərəcək. Düşünürük ki, bu addım Gəncə futbolunda müsbət mənada dönüş yaradacaq”.

 

Gündəlikdəki digər məsələ isə gələn mövsüm I Diviziondan Topaz Premyer Liqasına neçə komandanın çıxması olub. Abdullayev bildirib ki, qəbul olunan qərarar əsasən, gələn il I Diviziondan 1 komanda Topaz Premyer Liqasına vəsiqə qazanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1259

Oxşar yazılar