Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İspaniyanın “Real Madrid” klubu ilə müqaviləsini uzadıb. Lent.az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, tərəflər yeni anlaşmanı bir neçə gün öncə əldə ediblər.
Lakin bu barədə rəsmi açıqlama Qaret Beylin İngiltərə “Tottenhem”indən keçidinin ardından veriləcək. Yeni sövdələşmə 2018-ci ilin yayınadək nəzərdə tutulub. “Real Madrid”in Ronalduya illik xərci 35 milyon avro təşkil edəcək. Vergilərin çıxılmasından sonra futbolçu ilə 17 milyon avro qazanacaq.
Qeyd edək ki, bir il öncə Kriştianu Ronaldu “Real Madrid”ə 2009-cu ildə İngiltərə “Mançester Yunayted”indən rekord məbləğə - 93,4 milyon avroya keçib. O, İspaniya çempionluğu, kuboku və Superkubokunu qazanıb. Bir il öncə Ronaldu özünü “kral klubu”nda yaxşı hiss etmədiyini açıqlamışdı. Onun əvvəlki baş məşqçi Kriştianu Ronaldu və komanda yoldaşlarından bəziləri ilə münasibətlərinin pozulduğu bildirilirdi.