![[b]Qurban Qurbanovun oğlu yığmaya çağırıldı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Qurban Qurbanovun oğlu yığmaya çağırıldı[/b]
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız Serbiyada hazırlıq keçir.
Dünən başlayan toplanışda 21 futbolçu iştirak edir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da Serbiya hazırlığına qatılan heyətdə yer alıb.
Ümumiyyətlə isə millidə “Qəbələ” hamıdan çox – 6, “Qarabağ”la “Neftçi” hərəyə 4 oyunçu ilə təmsil olunub: Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı “Qəbələ”), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev (hamısı “İnter”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya).
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04