Putinin məşqçisi öldü
07 avqust 2013 15:48 (UTC +04:00)

Putinin məşqçisi öldü

Rusiya prezidenti Vladimir Putinin cüdo üzrə yeganə məşqçisi Anatoli Raxlin avqustun 7-ə keçən gecə Sankt-Peterburqda vəfat edib. Lent.az-ın məlumatına görə, Raxlin uzun sürən xəstəlikdən sonra 75 yaşında ölüb.

 

O, iyulun 9-da dəfn olunacaq. Hazırda onun hansı qəbiristanlıqda torpağa tapşırılma məsələsi müzakirə olunur.

 

Qeyd edək ki, Anatoli Raxlin 1939-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) mühəndis ailəsində anadan olub. II Dünya Müharibəsindən sonra o, ailəsi ilə birgə kommunal mənzilə köçüb. Az sonra ora Putin ailəsi də gəlib. 1952-ci ildən Yerli Pionerlər Evində idmanla məşğul olmağa başlayan Raxlin gələcək prezidenti 13 il sonra məşqçi olduğu vaxt öyrətməyə başlayıb. Həmin vaxt Putin 13 yaşında olub. 25 il məşq etdikdən sonra Putin Moskvaya işləməyə yollanıb. Raxlin isə son illərdə Rusiyanın qadınlardan ibarət yığmasında baş məşqçi olub.

 

# 987
avatar

Oxşar yazılar