Premyer Liqanın transfer rekordu
01 fevral 2018 13:24 (UTC +04:00)

Premyer Liqanın transfer rekordu

İngiltərə Premyer Liqası klubları qış fasiləsində transferlərə ümumilikdə 430 milyon funt-sterlinq pul xərcləyiblər. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bu, yeni rekord deməkdi.

Belə ki, indiyə qədər qış transferlərinə ən çox xərc 2011-ci ildə çəkilmişdi – 225 milyon funt-sterlinq. Ancaq bu dəfə klublar həmin rekordu 2 dəfəyə yaxın üstələyiblər.

Bu qış adanın ən bahalı transferi Vircil van Diyk olub. O, “Sauthempton”u “Liverpul”a 75 milyon funt-sterlinqə dəyişib. Emerik Lyaport “Atletik”dən “Mançester Siti”yə 57, Pyerr-Emerik Obameyanq isə Dortmund “Borussiya”sından “Arsenal”a 56 milyon qarşılığında keçib.

Premyer Liqa klublarının qış transferlərindən ümumi gəliri isə 340 milyon funt-sterlinq təşkil edib ki, bu da yeni rekorddu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar