Kuarejma “Qalatasaray”a keçir
19 dekabr 2012 11:41 (UTC +04:00)

Kuarejma “Qalatasaray”a keçir

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Kuarejmanın “Qalatasaray”la sövdələşdiyi üzə çıxıb. Lent.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin keçidi mövsümün sonunda baş tuta bilər.

 

“NTV Spor” “Beşiktaş” rəhbərliyinin Kurarejmaya 1 milyon 850 min dollarlıq borcu ödədiyini, əvəzində futbolçudan qarşıdakı 4 ay ərzində heç bir kluba keçməməsinin istənildiyini yazıb. Məqsəd onun “Qalatasaray”a keçidini əngəlləməkdən ibarət olub. Lakin klub prezidenti Fikrət Orman Kuarejmanın hələ də “Beşiktaş”a məxsus olduğunu açıqlayıb. 

 

 

Araşdırmalar zamanı məlum olub ki, 29 yaşlı oyunçu qış transfer dövründə “Cim-Bom”a keçmək istəyib. Lakin “qara qartallar”la müqaviləsində olan “anlaşmaya xitam verildikdən sonra 4 ay ərzində başqa komandaya gedə bilməz” bəndi onun əl-ayağını bağlayıb. “Beşiktaş” rəhbərliyi müqaviləyə belə bir bəndi daxil etməklə futbolçunun başqa kluba keçidini əngəlləmək niyyəti güdüb. İndi Kuarejma mövsümün sonunadək sövdələşməsinin bitməsini gözləmək və ardından “Qalatasaray”la müqavilə bağlamaq istəyir.

 

Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi 2010-cu ilin yayında komandaya gələn Rikardu Kuarejmaya bu il maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif edib. Lakin portuqaliyalı futbolçu təklifi rədd edib. Bu səbəbdən, o, əsas heyətdən kənarlaşdırılıb və hazırda oynamadan maaşını alır.

# 1003
avatar

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28