Futbolçu 32 yaşında öldü
29 dekabr 2012 16:29 (UTC +04:00)

Futbolçu 32 yaşında öldü

Çexiya milli komandasının sabiq futbolçusu Vatslav Drobnı 32 yaşında ölüb. Lent.az-ın məlumatına görə, Drobnı dağ xizəkçiliyi kurortunda istirahət zamanı dünyasını dəyişib.

 

Bobsley yarışlarında iştirak etdiyi vaxt yürüşlərin birində onun bobu trassın hüdudlarından kənara sıçrayıb və ağacla toqquşub. Ağır kəllə-beyin travması alan Drobnı bir müddət sonra xəstəxanada keçinib.

 

Qeyd edək ki, Vatlav Drobnı müdafiəçi mövqeyində çıxış edib. O, 2002-ci ildə Avropa çempionu olmuş Çexiyanın gənclər yığmasının kapitanı idi. Karyerasının böyük hissəsini əcnəbi klublarda keçirmiş Drobnı 2011-ci ildə karyerasını başa vuraraq, şərhçi vəzifəsinə keçib.

# 1372
avatar

Oxşar yazılar