Peşəkar Futbol Liqası ABŞ və Azərbaycan milli komandaları arasında mayın 27-də keçiriləcək yoldaşlıq görüşü ilə əlaqədar Topaz Premyer Liqasının son 4 turu və Azərbaycan Kubokunun final matçının tarixlərini dəyişdirib. Lent.az-ın məlumatına görə, final matçı mayın 28-də yox, mayın 22-də olacaq.
Premyer Liqanın son turları isə mayın 2-də, mayın 7-də, mayın 12-də və mayın 17-də baş tutacaq.