Avropa çempionatı başlayır!
05 sentyabr 2013 22:13 (UTC +04:00)

Avropa çempionatı başlayır!

Sabah qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1949-cu ildən keçirilməyə başlayan qitənin ən möhtəşəm yarışında sayca 28-ci qalib müəyyənləşəcək. 

Almaniya və İsveçrənin birgə ev sahibliyi edəcək çempionatda qitənin ən güclü 16 yığması 4 qrupda mübarizə aparacaq. Həlledici mərhələdə Azərbaycan millisi də növbəti cəhdinə çıxacaq. 

Faiq Qarayevin rəhbərlik etdiyi komanda C qrupunda Rusiya, Xorvatiya və Belarus yığmaları ilə nəyə qadir olduğunu göstərəcək. Bu rəqiblər voleybolçularımız üçün kifayət qədər tanışdır. Çünki onların hər biri ilə əvvəllər də qarşılaşmışıq. Şimal qonşularımız təmsilçimiz üçün münasib hesab olunmasa da, digər rəqiblər “dişimizə” görədir. 

Komandamız tarixi rekordunda, 2005-ci ildə 4-cü yeri tutduqda çempionata ev sahibliyi edən Xorvatiya Zaqrebdə belə millimizlə bacara bilməmişdi. Dəfələrlə görüşdüyümüz belarusluların isə komandamız üzərində yeganə qələbəsi var ki, bu da az öncə Qazaxıstanda beynəlxalq turnirə təsadüf edib. Halbuki, orada Azərbaycan tam heyətlə mübarizə aparmırdı. 

Əvvəlki oyunlara nəzər saldıqda, Faiq Qarayevin yetirmələrinin çətinlik çəkmədən qrupdan çıxacağını gözləməyə dəyər. Onlar hətta əsasən gənclərlə Avropa çempionatına qatılan rusları da üstələmək iqtidarındadır. Çünki son illər ölkəmizdə qadın voleybolunun səviyyəsinin artması, aparıcı oyunçularımızdan, komandamıza Oksana Parxomenkonun yoxluğunda kapitanlıq edəcək Natalya Məmmədovanın legioner həyatı yaşaması xeyrimizə olan amildir. Əgər qrupda qalsaq, bu, əsl fiasko sayılacaq. 

Reqlamentə görə, qrup sonuncuları Avro-2013 ilə vidalaşacaq. II və III yerlərin sahibləri bir-birləri oynayaraq, mübarizəni pley-offda davam etdirəcək. Qrup birinciləri isə birbaşa olaraq 1/4 final mərhələsinə vəsiqə qazanacaq. 

Yeri gəlmişkən, Avropa çempionatında ən çox medal qazanan ölkə rəqibimiz olan Rusiyadır. Onların aktivində sabiq SSRİ adı ilə 13, müstəqillikdən sonra 4 çempionluğu var. Həmçinin, Polşa, Almaniya, İtaliya hərəyə 2 dəfə, Çexiya, Hollandiya, Serbiya və Bolqarıstan hərəyə bir dəfə qitənin ən güclüsü olmağı bacarıblar. 

Qeyd edək ki, yarışa ev sahibliyi edən Almaniya və İsveçrə, həmçinin ötən turnirdə ilk “altılıqda” yer alan Serbiya, Türkiyə, İtaliya, Polşa və Rusiya final mərhələsinə birbaşa qatılıblar. 


Qrupların tərkibi

A (Halle, Vestfalen)
B (Sürix)
C (Drezden)
D (Şverin)
Almaniya
İsveçrə
Rusiya
Polşa
Türkiyə
İtaliya
Azərbaycan
Serbiya
İspaniya
Belçika
Xorvatiya
Bolqarıstan
Hollandiya
Fransa
Belarus
Çexiya



A qrupu

6/9/2013
20:00
Almaniya - İspaniya
23:00
Hollandiya – Türkiyə
7/9/2013
20:00
İspaniya – Türkiyə
23:00
Almaniya - Hollandiya
8/9/2013
18:00
İspaniya - Hollandiya
21:00
Türkiyə - Almaniya



B qrupu

6/9/2013
21:00
İtaliya – İsveçrə
23:30
Fransa - Belçika
7/9/2013
18:30
İtaliya – Fransa
21:00
İsveçrə - Belçika
8/9/2013
18:30
Fransa – İsveçrə
21:00
Belçika - İtaliya



C qrupu

6/9/2013
20:30
Azərbaycan - Xorvatiya
23:30
Belarus - Rusiya
7/9/2013
20:30
Azərbaycan -  Belarus
23:30
Xorvatiya - Rusiya
8/9/2013
18:00
Belarus -  Xorvatiya
21:00
Rusiya -  Azərbaycan



D qrupu

6/9/2013
20:00
Serbiya - Bolqarıstan
23:00
Çexiya - Polşa
7/9/2013
20:00
Serbiya - Çexiya
23:00
Bolqarıstan - Polşa
8/9/2013
18:00
Çexiya - Bolqarıstan
21:00
Polşa - Serbiya



Pley-off mərhələsi

10/9/2013
Halle
20:00
A II – C III
Sürix
20:30
B II – D III
Halle
23:00
A III – C II
Sürix
23:30
B III – D II




1/4 final

11/9/2013
Halle
20:00
A I - A III – C II cütünün qalibi
Sürix
20:30
B I - B III – D II cütünün qalibi
Halle
23:00
C I - A II – C III cütünün qalibi
Sürix
23:30
D I - B II – D III



1/2 final

13/9/2013
Belin
20:00
I 1/4 final cütünün qalibi – II 1/4 final cütünün qalibi
Berlin
23:00
III 1/4 final cütünün qalibi – VI 1/4 final cütünün qalibi



3-cü yer uğrunda

14/9/2013
Belin
20:00
1/2 finalın məğlubları



FİNAL

14/9/2013
Belin
23:00
1/2 finalın qalibləri

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar