
Aqolli və Kintana “Roma” ilə oyunu da buraxacaq? - AÇIQLAMA
Həftəsonu Premyer Liqanın V turu çərçivəsində “Kəpəz”lə üz-üzə gələcək “Qarabağ” qarşılaşmaya tam heyətlə hazırlaşa bilmir. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi məlumata görə, müdafiəçi Ansi Aqolli və yarımmüdafiəçi Dani Kintana hələ də komandadan ayrı qalıblar.
Zədə ucbatından Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə səfər matçını (0:6) buraxan Aqolli yalnız gələn həftədən etibarən fərdi məşqlərə qoşulacaq. Albaniya millisinin kapitanı hazırda reabilitasiya dövrü keçir. Kintana isə fərdi hazırlığını davam etdirir.
İbrahimov hər iki futbolçunun hətta Çempionlar Liqasının növbəti turunda “Roma” ilə matçda iştirakının da sual altında olduğunu söyləyib. Bu, bərpa prosesinin gedişindən asılı olacaq. Həm Aqolli, həm də Kintananın sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matça yetişib-yetişməyəcəyinə gələn həftənin sonları aydınlıq gələcək.
Qeyd edək ki, sentyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Kəpəz” görüşü saat 18:30-da başlayacaq.
Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22