(R) Yay Futbol Məktəbində
07 avqust 2013 14:41 (UTC +04:00)

(R) Yay Futbol Məktəbində

Bakcell şirkəti və AFFA tərəfindən “Bakcell Arena”da təşkil olunan "Mançester Yunayted" Yay Futbol Məktəbinin iştirakçılarından biri – Nigar Mirzəliyeva avqustun 3-də Mançesterə yola düşüb. O, Mançester  şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışdadır.

 

2013-cü il iyunun 11-də AFFA və Bakcell şirkəti tərəfindən Azərbaycanda uşaq futbolunun inkişafı və bu idman növünün kütləviliyin artırılması məqsədilə yeni layihəyə start verildi. Birgə layihə çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin "Bakcell Arena"da təşkil olunacaq təlim-məşq toplanışında iştirak etmək üçün Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil edildi. Bu seleksiya turlarında 32 ən istedadlı uşaq seçilərək Bakıda - "Bakcell Arena"da "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən toplanışa cəlb olundular. İyunun 24-dən 28-dək "Bakcell Arena"da təşkil olunmuş məşqlərdə iştirak edən uşaqların arasından 6 nəfər seçildi və onlar İngiltərənin Mançester şəhərinə yollanaraq "Mançester Yunayted" futbol məktəbində hazırlıq keçmək şansı əldə etdilər. Onlardan biri də Nigar Mirzəliyevadır. Nigarın iştirak etdiyi məşqlərdən fotoları diqqətinizə çatdırırıq:

 

 

 

# 450
avatar

Oxşar yazılar