“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri “Tobol”la münasibətləri rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı yarımmüdafiəçi gələn mövsümdən Qazaxıstan təmsilçisinin formasını geyinəcək.
“Qəbələ” ilə müqavilə müddəti başa çatan və bir neçə gündü “Tobol”la danışıq aparan 25 yaşlı oyunçu bu gün rəsmi müqaviləyə qol çəkib. Yeni komandasına azad agent kimi keçən Nika 1,5 illik saziş bağlayıb. O, “Tobol”da 21 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nika Kvekveskiri “Qəbələ”yə ötən ilin yayında “İnter”dən keçib.